Sığorta xidməti hansı Visa kartlarına aiddir?

Sığorta nə vaxt qüvvəyə minir?

Siğortanin Üstünlükləri

Bütün ailənin sığortalanması

Ailənizlə səfər edirsinizsə, onlar da sığortalanacaq (ər/arvad və uşaqlar).

Hər yerdə keçərlidir

Sığorta daimi yaşayış yeri olan ölkədə və onun hüdudlarından kənarda keçərlidir.

Shopping icon

Sığorta satın alın

Alış-verişlərinizin zədələnmədən və ya oğurlanmadan sığortalanması.

Yüksək sığorta limiti

Sığorta halı baş verərkən ala biləcəyiniz maksimum məbləğ – Visa Infinite kartı ilə 2,5 mln USD, Visa Signature kartı ilə 750 min USD və Visa Platinum Business kartı ilə 500 min USD və Signature Business kartı ilə 500 min USD təşkil edir.

Sığorta üzrə ümumi qayda və şərtlər

Səfər başlamazdan öncə sığorta sertifikatını doldurmaq tövsiyə olunur, çünki gömrük yoxlanışında onu təqdim etməyinizi istəyə bilərlər.

Sertifikatı bu linkdən, Insurance benefits bölməsində yükləyərək, polisi özünüz doldura bilərsiniz, yaxud yardım üçün Visa-nın konsyerj xidmətinə müraciət edə bilərsiniz.

Müddəti - bir səyahət üçün 90 gün, lakin il ərzində 183 gündən çox olmamaq şərtilə. Əgər səyahət 90 gündən artıq davam edərsə, tamamilə sığortasız hesab olunur.

Sizin sığortanız daimi yaşayış ölkəsindən çıxış və giriş faktı əsasında başlayır və bitir.

Müxtəlif hallar necə sığortalanır

Reysin, yaxud baqajın* 4 saatdan çox ləngiməsi halında kompensasiya almaq üçün siz mütləq reysdə qeydiyyatdan keçməli və aeroportda aviaşirkətdən reysin, yaxud baqajın ləngiməsi ilə bağlı rəsmi sənəd əldə etməlisiniz.

Xidmətin bu halları əhatə etmədiyinə diqqət yetirin:

  • Ləngimə halında baqajın itirilməsi, gömrük xidmətinin nümayəndələri tərəfindən müsadirə edilməsi, yaxud saxlanması.
  • Yük kimi, yaxud daşınma sənədi ilə daşınan baqaja aid tələblər.
  • Reysin ləğv olunması.

* Baqajın ləngiməsi yalnız daimi yaşayış ölkəsindən uçuş zamanı sığortalanır.

Sual-cavab

Siz sığorta sertifikatlarını Yükləyə bilərsiniz və sığorta müqaviləsinə baxa bilərsiniz: https://cardholderbenefitsonline.com/.

Sığortaçı: CHUBB INSURANCE SOUTH AFRICA LIMITED, Cənubi Afrika. Maliyyə xidmətlərinin səlahiyyətli təchizatçısı (FSP No: 27176). Qeydiyyat №1973/008933/06 12.06.2007-dən.